Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Ağadadaş Dadaşov kövrələrək işçisindən danışdı: “Gecənin bir aləmində insan taleyi mənə əmanət edildi"
Sənətkar kövrələrək işçisinin həyat hekayəsini paylaşdı
Tanınmış sənətkar Ağadadaş Dadaşov sosial şəbəkədə duyğusal bir hadisəni izləyiciləri ilə bölüşüb. O, hazırda yanında çalışan bir gəncin həyat hekayəsini danışarkən kövrəlib.
Dadaşovun sözlərinə görə, ulusum.az xəbər verir ki, gecənin bir vaxtı tanımadığı bir adam ona zəng edərək acınacaqlı vəziyyətlərini danışıb — ailəsinin çörəksiz qaldığını, çıxış yolu axtardıqlarını deyib. Sənətkar dərhal yardım etmək istəyib, lakin pul köçürmək qaydalarını bilmədiyindən köməkçisini evinə çağırıb və həmin şəxsin kartına maddi yardım göndərib.
Səhəri gün isə bu gənci tanımaq üçün onunla görüşüb və işlə təmin edib. Maraqlısı budur ki, Ağadadaş Dadaşov sonradan öyrənib ki, bu gəncin atası ilə tanış imiş. “Atasını yaxşı tanıyırdım. Amma ailəsinin belə ağır durumda olduğunu bilmirdim,” – deyə sənətkar bildirib.
Hazırda həmin şəxs Dadaşovun restoranında çalışır və ailəsi ilə birlikdə daha insani şəraitdə yaşayır. Bu hadisə sənətkarın insanlara olan həssas yanaşmasının və vicdanının bariz nümunəsi kimi dəyərləndirilib.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
31-12-2025, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN