Qazaxda həlak olan hərbçi yeni ata olmuşdu – Təsirli detallar
Səbuhi Əliyev yeni doğulan körpəsini hərbi hissəyə aparmaq üçün yola çıxmışdı
Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, Qazaxda hərbçinin həlak olduğu yol qəzası ilə bağlı yeni və təsirli məqamlar üzə çıxıb.
Qəza nəticəsində dünyasını dəyişən 2003-cü il təvəllüdlü Səbuhi Əliyev bir neçə gün əvvəl ata olmuşdu. O, ötən həftə dünyaya gələn körpəsini və həyat yoldaşını Qazaxdan xidmət etdiyi hərbi hissənin şəhərciyinə gətirmək üçün rayona gəlmişdi.
Faciəvi hadisə də elə bu səfər zamanı baş verib. MAXE kimi xüsusi təyinatlıların sıralarında xidmət edən Səbuhi Əliyev Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb.
Yaxınlarına və hərbçi yoldaşlarına başsağlığı veririk.
Ulusum.az Elnur Quliyev

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox