Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək.
Bu barədə “Ulusum”.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 10-da saat 15:00-dan etibarən paytaxtımızın sakinləri və qonaqları Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar. Həmçinin sözügedən günlər ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcəkdir.
Eyni zamanda, aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
Bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib. Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 02:21
Balanslı qidalanma necə görünür?
Sağlamlıq
Dünən, 11:30
Rus gəncləri TikTok-da populyarlaşan “Molekul” arıqlama həblərindən zərər çəkir
Mətbəx
Dünən, 11:00
Gürcü Mətbəxindən Yemək Resepti - Caşuşili VİDEO
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO