3-05-2024, 14:15
0
---
İdmançılarımız ABŞ-da medallar qazandılar - EKSKLÜZİV
ABŞ-da azərbaycanlı idmançılarımız ölkəmizi uğurla təmsil ediblər.
ULUSUM.az saytının ABŞ Bürosunun məlumatına əsasən, burada qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışıblar.
Şimalı Amerika Qrapplinq Federasiyasının (NAGA) təşkil etdiyi dünya çempionatı Nyu Cersi ştatında keçirilib. Hər il ənənəvi olaraq keçirilən və 7 mindən çox idmançının qatıldığı, dünyanın ən böyük qarışıq qrapplinq turniri hesab olunan yarışda iştirakçılar fərdi, eləcə də komanda şəklində mübarizə aparıblar.
Qrapplinqdə həmyerlilərimiz - E. Xanoğlanlı 70 kq, T. Həsənov isə 100 kq çəkidə güclərini sınayıblar. Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda E. Xanoğlanlı gümüş və bürünc medala, T. Həsənov isə qızıl medala sahib olub. E. Xanoğlanlı yarışı ikinci, T. Həsənov isə hər üç rəqibinə qalib gələrək birinci bitirib. İdmançılarımız zəfəri üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağını dalğalandıraraq qeyd ediblər.
Qeyd edək ki, hər iki həmyerlimiz ABŞ-də keçirilən beynəlxalq idman yarışlarında tez-tez ölkəmizi layiqincə təmsil edirlər.
ULUSUM.az saytının ABŞ Bürosu
Tofiz Ağayev.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi