Viruslar beyni sözün əsl mənasında "sındıra" bilər

Beynəlxalq alimlər qrupu virusların beyni necə “sındıra” bildiyini və iltihaba səbəb olduğunu aşkar edib. Bu, xüsusən “uzunmüddətli COVID”in kognitiv simptomlarını – yaddaş pozğunluqları, diqqət çətinliyi, baş qarışıqlığı (“beyin dumanı”) – izah edir.
Tədqiqat nəticələri “Brain Medicine” jurnalında dərc olunub.
8 il ərzində Alzheimer xəstəliyini öyrənən doktor Daniyel Bekman makaka meymunları üzərində iki xəstəlik modeli yaradıb. Bu heyvanlarda insanlardakı ilə eyni tau-zülal formaları mövcuddur, bu da onları müalicələrin test edilməsi üçün daha real edir.
Ən maraqlı nəticə:
SARS-CoV-2 virusu, yəni COVID-19, yalnız 7 gün ərzində neyronları yoluxduraraq beyində iltihab yaradır.
Bu, virusdan cəmi bir həftə sonra niyə bir çox insanda yaddaş pozğunluğu və zehni aydınlığın itməsi halları baş verdiyini izah edir.
Bekman bildirib:
"Ən böyük arzum — virus infeksiyalarından sonra nevroloji pozğunluqlarla yaşayan insanlara real yardım edə bilməkdir."
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Alzheimer və digər demensiya formalarının erkən monitorinqi və müalicəsi üçün yeni imkanlar aça bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Kişilərin bilmədiyi böyük risk ortaya çıxdı! Gizli xəstəlik tədricən "sındırır"
Şou-biznes
Dünən, 20:00
“Ağrı keçmir, sadəcə qabıq bağlayır” – Məşhur aktrisanın ürək yandıran paylaşımı
Dünya
Dünən, 19:30
Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO
Dünya
Dünən, 19:00
"Clarks" 1,200-dən çox işçisini ixtisar etdi
Hadisə
Dünən, 16:29
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanılıb
Populyar Xəbərlər
Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
Fərqliliyi ilə dünyanı fəth edən qadın – Diandra Forrestin albinizm hekayəsi - FOTO
Tramp Xameneini ölümdən qurtardığını deyir
Tramp İranın dördüncü nüvə obyektinə sahib ola biləcəyini istisna etmədi
Rusiya ilə Mədəni İnteqrasiya Dayandırıldı – Bütün Tədbirlər Ləğv Edildi