Dünən, 20:00 0 Şou-biznes

“Ağrı keçmir, sadəcə qabıq bağlayır” – Məşhur aktrisanın ürək yandıran paylaşımı

“Ağrı keçmir, sadəcə qabıq bağlayır” – Məşhur aktrisanın ürək yandıran paylaşımı
Məşhur aktrisa Ege Kökenli keçən ay körpəsini itirmişdi. O, duyğusal bir paylaşım etdi və dedi ki, “ağrı keçmir, sadəcə qabıq bağlayır.”

Bir çox uğurlu layihədə yer alan 32 yaşlı məşhur aktrisa bir neçə ay əvvəl körpə gözlədiyini xəbər vermişdi. Təəssüf ki, hər şey istədiyi kimi getmədi. Hamiləliyinin 22-ci həftəsində körpəsini itirdi. Sosial şəbəkədə hamiləlik şəkillərini paylaşan Ege Kökenli bir neçə həftə əvvəl bu acı xəbəri vermişdi.

O, sosial media hesabından belə yazmışdı:

“Ağrı keçmir, sadəcə qabıq bağlayır” – Məşhur aktrisanın ürək yandıran paylaşımı


“Həyat bəzən bizi ən müdafiəsiz yerimizdən sınayır... Böyük sevinc və sevgi ilə gözlədiyimiz körpəmizi, hamiləliyimin 22-ci həftəsində, hər şeyin qaydasında olduğu bir dövrdə yaşanan ani və çox nadir bir komplikasiya səbəbi ilə itirdik. Bu gözlənilməz acı, həkimlərimizin də dediyi kimi, yalnız 1% ehtimal olan bir vəziyyət idi. Tibb baxımından əlimizdən gələn hər şey edilsə də, balaca qızımızı qucağımıza ala bilmədik. Bu dərin itkimizdən sonra bir müddət susqun qalmağı və sağalma prosesimizə vaxt ayırmağı seçdik. Bu müddətdə göstərəcəyiniz anlayış, həssaslıq və hörmət üçün əvvəlcədən təşəkkür edirik.”



“Ağrılı təcrübəmdən sonra öz içimə çəkildiyim sakit bir dövrdə idim. Təəssüf ki, bəzi hissləri izah etmək, bölüşmək asan deyil… Amma bölüşmədən sağalmaq da belədir. Mən də belə etməyə qərar verdim. Bu müddətdə həyatımın ən böyük sevgisi ilə və ən dərin ağrısı ilə tanış oldum.

O boşluq hələ də içimdədir… Amma sayənizdə bilirəm ki, tək deyiləm.



Bu müddət ərzində mənə yazan, eyni hissləri yaşamış və ya hələ də yaşayan yüzlərlə qadının mesajları…”

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: