Bu gün, 09:06 0 Şou-biznes

IV Beynəlxalq Baxşı Festivalı “Şirvan” qrupu Baxşı Festivalında Qran-pri qazandı

IV Beynəlxalq Baxşı Festivalı   “Şirvan” qrupu Baxşı Festivalında Qran-pri qazandı
Bu foto IV Beynəlxalq Baxşı Festivalı çərçivəsində keçirilən rəqs çıxışlarından birini əks etdirir. Səhnədə ənənəvi geyimlərdə çıxış edən qadın rəqqaslar Özbəkistanın Xivə şəhərində təşkil olunan tədbirin rəngarəng və mədəni zənginliyini nümayiş etdirirlər.

Azərbaycanın “Şirvan” sazçı folklor qrupu 26–28 aprel 2025-ci il tarixlərində Özbəkistanın Xivə şəhərində keçirilən və UNESCO ilə ICESCO-nun dəstəklədiyi IV Beynəlxalq Baxşı Festivalında Qran-pri mükafatına layiq görülüb.

IV Beynəlxalq Baxşı Festivalı   “Şirvan” qrupu Baxşı Festivalında Qran-pri qazandı


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Qəlbinur İbrahimli və onunla birgə çıxış edən musiqiçilərin ifası beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.



Festival çərçivəsində həmçinin II Türk Dünyası Mədəniyyət Forumu və elmi konfrans da keçirilib. Tədbirdə 40-dan çox ölkənin nümayəndələri iştirak edib, rəsmi şəxslər və müxtəlif ölkələrdən gəlmiş qonaqlar da festivalda yer alıblar.



✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: