Dünən, 12:28 0 Şou-biznes

Bişkekdə Azərbaycan musiqisinin sehrli axşamı 🎶

Bişkekdə Azərbaycan musiqisinin sehrli axşamı 🎶
Aprelin 24-də Bişkekdəki “Manas” Milli Teatrında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Bişkekdə Azərbaycan musiqisinin sehrli axşamı 🎶

Konsertdə Xalq artistləri Teyyub Aslanov və Munis Şərifov, Əməkdar artist Nuriyyə Hüseynova və ansamblın digər üzvləri tərəfindən klassik və xalq musiqilərimiz səsləndirilib.



Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tədbir, Azərbaycan mədəniyyətinin zənginliyini və qədim musiqi alətlərimizin unikal səslərini Bişkek auditoriyasına təqdim edib.



Qeyd edək ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə Xalq artisti Məcnun Kərim tərəfindən yaradılıb və bu günədək bir çox ölkələrdə Azərbaycan musiqisini uğurla təmsil edib.




✍️ "Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: