Terrorla əlaqədar əlilliyə görə müavinət təyin ediləcək - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
"Ulusum".az President.az-a istinadən xəbər verir ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilir:
"1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:";
"1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:";
"1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:".
Beləliklə, terror hadisəsi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.
Müavinətin məbləği aşağıdakı kimidir:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 (iki yüz yetmiş) manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 (iki yüz iyirmi) manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 (yüz əlli) manat.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Təxirə salınmış həyat sindromu insanı məhv edir
İqtisadiyyat
Bu gün, 11:56
Shell BP-ni almağı nəzərdən keçirir
Şou-biznes
Bu gün, 11:00
"Uzak Şehir"in Kayası Atakan Özkaya: “Sevginizdən əsla vaz keçməyin! - FOTO
Kriminal
Bu gün, 10:47
DİN KRİMİNAL XRONİKA
İqtisadiyyat
Bu gün, 10:44
AzInTelecom və Gcore əməkdaşlığı ilə “AzInCloud” platforması istifadəyə verildi
Şou-biznes
Bu gün, 10:30
Rəqqasə Fatimə Çinə səfər edib
Populyar Xəbərlər
Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO