Bakı Enerji Forumu İsveç mediasında: Yaşıl gələcəyin ünvanı

"Diplomatic World Sweden" saytında iyunun 2-4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumuna həsr olunmuş məqalə dərc olunub.
Nəşr Azərbaycanın dağıdılmış postsovet respublikasından Avropanın əsas enerji tərəfdaşına çevrilməsinin təsirli transformasiyasını vurğulayır.
Prezident İlham Əliyevin çıxışının tədbir iştirakçılarında güclü təəssürat yaratdığı qeyd olunub. Dövlət başçısı ötən əsrin 90-cı illərinin əvvəlində ölkədəki vəziyyəti "inflyasiya 1 000 faizə çatırdı, hər yerdə yoxsulluq hökm sürürdü, yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı" sözləri ilə xarakterizə etdiyinə görə, sonrakı transformasiyaların miqyası daha heyrətamiz görünür.
Məqalədə qeyd olunub ki, strateji qərarlar və siyasi iradə sayəsində ölkə böhrandan çıxa bildi və davamlı inkişaf yoluna qədəm qoydu: "Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. 2023-cü ildə tədarükün həcmi 25 milyard kubmetr təşkil edib və 2030-cu ilə qədər ölkə ixrac gücünü daha 8 milyard kubmetr artırmağı planlaşdırır. Eyni zamanda, bərpaolunan enerji sektoru fəal inkişaf edir: 6,5 giqavatlıq yeni mənbələr yaradılır ki, bu da ölkənin ümumi enerjisinin təxminən 35 faizini təşkil edəcək".
Məqalədə Cənub Qaz Dəhlizinə - Xəzər dənizini Avropa bazarları ilə birləşdirən 3 500 kilometrlik infrastruktura xüsusi diqqət yetirilir. Bu layihə təkcə mühəndislik nailiyyəti deyil, həm də geosiyasi sıçrayış kimi xarakterizə olunur.
Materialda vurğulanır ki, Azərbaycan təkcə karbohidrogen tədarükçüsü deyil, həm də günəş və külək enerjisinə fəal investisiya yatıran novatordur. Xəzər dənizində külək enerjisinin potensialı artıq Finlandiya və Norveçin aparıcı şirkətlərinin marağına səbəb olub. Onların iştirakı humanitar motivlərlə deyil, ölkənin texnoloji və investisiya potensialının tanınması ilə bağlıdır.
Nəşr yekunda qeyd edir ki, Azərbaycan Avropanın enerji arxitekturasında möhkəm mövqeyə sahib olub, sadəcə trendləri izləyən deyil, həm də gündəmi formalaşdıran etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın nümunəsi strateji təfəkkürün, uzaqgörənliyin və davamlı inkişafa sərmayənin bir ölkəni necə dəyişdirə və onun beynəlxalq arenada mövqeyini möhkəmləndirə biləcəyinə dair bir örnəkdir. (azərtac)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 09:45
Sürücü törətdiyi hadisə yerindən qaçmaq istəsə də, mobil telefon kamerasına düşüb
Cəmiyyət / Şou-biznes
Bu gün, 09:40
“Eurovision 2026”: 5 ölkə İsrailin iştirakını boykot edəcək, Azərbaycanın mövqeyi gözlənilir
İqtisadiyyat
Bu gün, 09:20
Meksika Çin və Asiyadan gələn məhsullara əlavə rüsum tətbiq etməyə hazırlaşır
İdman
Bu gün, 09:05
Premyer Liqa: "Arsenal" qalib gəlib, "Çelsi" xal itirib
Mədəniyyət
Bu gün, 09:05
Yeni teatr mövsümünün açılış mərasimi keçirilib
İqtisadiyyat
Bu gün, 09:00
Tramp Rusiyadan neft idxalını dayandırmağa çağıraraq sanksiyaları gecikdirməyə çalışıb
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?