Bu gün, 10:00 0 Sağlamlıq

Yorğun Oyanmağın Əsl Səbəbi: Gecə Otağın Havasız Qalması

Yorğun Oyanmağın Əsl Səbəbi: Gecə Otağın Havasız Qalması

Azərbaycanda çoxlarımız pəncərəni gecə açıq qoymağı təhlükəli və ya narahat hesab edirik


Pərdələr sıx bağlanır, otaq havasız qalır, səhər isə yorğun və halsız oyanırıq. Halbuki elm deyir ki, bu, səhv vərdişdir.

Ulusum.az xəbər verir ki, Tokio Universitetinin tədqiqatçıları sübut ediblər ki, gecə ərzində otaqda karbon qazı normadan artıq olarsa, beyin oksigen çatışmazlığı yaşayır.

Bu isə dərin yuxu fazalarının azalmasına, yuxunun keyfiyyətinin pisləşməsinə və nəticədə yorğun oyanmağa səbəb olur.

Tədqiqatda iştirak edənlər ventilyasiyası zəif və yaxşı havalandırılan otaqlarda yatdıqda, fərq açıq şəkildə müşahidə edilib: təmiz havada yatanlar səhərlər daha enerjili, diqqətli və sakit olublar.

Çox ölkələrdə otağı yatmazdan əvvəl havalandırmaq gündəlik vərdişdir. Bizdə isə bu adət geniş yayılmayıb. Amma dəyişiklik elə kiçik bir addımla başlaya bilər: bu gecə pəncərənizi aralayıb yatın.

Özünüzü səhər necə hiss etdiyinizə diqqət edin.

Sağlam yuxu = təmiz hava + düzgün vərdişlər


Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.