Dabaq xəstəliyi: Heyvanlar üçün təhlükə, insanlar üçün risk varmı?
Baytarlıq mütəxəssisləri xəbərdarlıq edir: yoluxma hallarının qarşısını almaq üçün mütəmadi peyvəndləmə və nəzarət tədbirləri zəruridir.
Dabaq, əsasən cütdırnaqlı heyvanlarda müşahidə olunan, virus mənşəli və yüksək yoluxuculuq qabiliyyətinə malik infeksion xəstəlikdir.
Bu xəstəlik ağız boşluğunda, yelində və dırnaqlarda yaranan aftalı zədələnmələrlə xarakterizə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev ulusum.az-a xəbər verir ki, xəstəliyin 7 tipi və 60-dan artıq alt tipi mövcuddur.
2023-cü ildən bəri profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə peyvənd proqramına 4-cü tip də əlavə olunub.
Rzayev bildirib ki, dabaq xəstəliyinin insanlara çiy heyvan mənşəli məhsullardan keçməsi nəzəri baxımdan mümkün olsa da, Azərbaycanda bu risk faktiki olaraq yoxdur.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
