Gəncədə ödənişsiz loqopedik və psixoloji konsultasiya keçiriləcək
Gəncədə defektoloq-loqoped Aytac Əliyeva tərəfindən tam ödənişsiz əsaslarla loqopedik və psixoloji müayinələr təşkil olunacaq.
Ulusum.az-ın bölgə müxbiri məlumatına əsasən, "8 noyabr - Zəfər günü" ilə bağlı keçiriləcək tibbi tədbirdən yaşından asılı olmayaraq hər kəs yararlana bilər. Psixoloji və loqopedik yoxlanışlardan keçib zəka testləri işləniləcək və pasiyentlərə xüsusi proqramlar tərtib ediləcək.
Müayinələr və konsultasiyalar aşağıdakı diaqnozlara aid olan şəxsləri əhatə edir:
- Kəkələmə;
- Psixi və nitq inkişaf ləngiməsi;
- Autizm;
- Daun sindromu;
- Dislaliya;
- Serebral iflic və digər oxşar hallar.
Pulsuz müayinələr oktyabrın 25-dən noyabrın 8-dək keçiriləcək. Əlavə məlumat və qeydiyyat üçün (055) 676 65 65 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
