Dünən, 18:24 0 Sağlamlıq

Alergik rinit burun xəstəliyi yox, immun sistem pozuntusunun lokal əlamətidir

Alergik rinit burun xəstəliyi yox, immun sistem pozuntusunun lokal əlamətidir

Uzman Dr. Elnur Əkbərov: “Alergik rinit burun xəstəliyi yox, immun sistem pozuntusunun lokal əlamətidir”


Alergik rinit sadəcə burunla bağlı bir problem deyil. Uzman Otorinolarinqoloq Dr. Elnur Əkbərov bildirir ki, bu diaqnoz orqanizmdə baş verən daha geniş bir immun prosesin burundakı lokal əlaməti kimi ortaya çıxır:

“Bu sırf bir burun xəstəliyi deyil. Alergik rinit, orqanizmdə, yəni immun sistemdə baş verən böyük bir prosesin sadəcə burundakı təzahürüdür.”

Uzman Dr. Əkbərov ulusum.az-a bildirir ki, bu vəziyyət yalnız rinitlə yekunlaşmır: “Eyni mexanizmlə yanaşı alergik konyunktivit (gözlərdə qaşınma, sulanma), alergik dermatit (dəridə səpgilər, qaşınma) də yarana bilər.

Yəni burada əsas məqam – orqanizmin hər hansı bir maddəyə (toz, polen, heyvan tükü və s.) qarşı qeyri-adekvat cavab verməsidir.”

Alergik rinitin diaqnozu isə sırf simptomlara əsasən yox, xüsusi analizlər və testlərlə təsdiqlənməlidir:
- Total IgE analizi
- Spesifik allergen testləri (prik testlər)
- Burun sekresiyasının sitoloji analizi

Total IgE analizi – qanda ümumi immunoqlobulin E (IgE) səviyyəsini ölçən laborator testdir.

İgE — allergik reaksiyalarda əsas rol oynayan bir antikordur. Orqanizm müəyyən maddələri (toz, polen, qida və s.) “xarici və təhlükəli” qəbul etdikdə IgE istehsal edir. Bu da allergik simptomlara (qaşınma, burun axması, asqırma, səpgilər və s.) səbəb olur.

Total IgE testi nə üçün istifadə olunur?
- Alergiyanın olub-olmadığını yoxlamaq üçün
- Alergik xəstəliklərin (alergik rinit, astma, atopik dermatit və s.) ehtimalını qiymətləndirmək üçün
- Parazitar infeksiyaları araşdırmaq üçün

Vacib qeyd:
Total IgE yüksək çıxsa da, bu mütləq alergiyanız olduğu anlamına gəlmir. Alergiyanın dəqiq səbəbini öyrənmək üçün əlavə olaraq spesifik IgE testləri və ya dəri prick testləri aparılmalıdır.
Bu baxımdan, hər burun tıxanıqlığı və axıntısı alergik rinit deyə qiymətləndirilməməlidir. Dəqiq diaqnoz və fərdi yanaşma vacibdir.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.