Bu gün, 10:30 0 Sağlamlıq

Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər - Göz Sağlamlığı Gecikməni Bağışlamır

Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər     -    Göz Sağlamlığı Gecikməni Bağışlamır

Göz Sağlamlığı Gecikməni Bağışlamır: Uşaqlıqdan başlayan görmə pozuntularına laqeyd yanaşmaq gələcəkdə ciddi fəsadlara səbəb ola bilər.


15 illik təcrübəyə malik tanınmış oftalmoloq Dr. Lamiyə Mərdanova Ulusum.az-a açıqlamasında cəmiyyətin göz sağlamlığına hələ də yetərincə diqqət göstərmədiyini bildirib.

Onun sözlərinə görə, əksər insanlar yalnız məcburi və ya sponsorlu müayinələr zamanı oftalmoloqa müraciət edirlər.

Halbuki bir çox göz patologiyaları uşaq yaşlarında başlayır və vaxtında aşkarlanarsa, bu problemlərin qarşısını almaq mümkündür.

Dr. Mərdanova qeyd edib ki, uşaqlarda görmə zəifliyi tədricən inkişaf edir.

Məsələn, mənfi 2 (-2) dərəcə miyopiya bir anda əmələ gəlmir, uşaq böyüdükcə görməsində dəyişikliklər müşahidə olunur. Bu səbəbdən, yeni doğulmuş körpələrdən başlayaraq, 1 yaşında, məktəbəqədər və məktəb yaşlarında olan uşaqların müntəzəm olaraq göz müayinəsindən keçməsi vacibdir.

Həkimin fikrincə, bəzi göz xəstəlikləri – anadangəlmə katarakta, qalqolma (şəffaflığın pozulması), genetik torlu qişa pozuntuları və gecə korluğu kimi patologiyalar erkən aşkarlanmalı və izlənməlidir.

Gecə korluğu (xalq arasında “toyuq korluğu”). olan şəxslər qaranlığa adaptasiyada çətinlik çəkirlər və bu zamanla görmə sahəsinin daralması, hətta tam görmə itkisi ilə nəticələnə bilər.

Dr. Lamiyə Mərdanova vurğulayıb ki, qidalanma, psixoloji vəziyyət və genetik faktorlar birlikdə göz sağlamlığını ciddi şəkildə təsir edir. Bu səbəblə valideynlər daha məsuliyyətli olmalı, uşaqlarının görmə vəziyyətini nəzarətdə saxlamalıdırlar.

Göz sağlamlığına biganə yanaşmaq gələcəkdə bərpa olunmayan nəticələrə səbəb ola bilər. Profilaktik müayinələr isə görməni qorumağın ən effektiv yoludur.




R.D
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.