Bu gün, 09:24 0 Sağlamlıq

Göz rəngini dəyişmək gələcəkdə ciddi fəsadlara yol aça bilər VİDEO

Göz rəngini dəyişmək gələcəkdə ciddi fəsadlara yol aça bilər   VİDEO

Göz rəngini dəyişdirmək – bu bir trenddir, amma təhlükəli!


Tanınmış oftalmoloq Dr. Lamiyə Mərdanova insanların son zamanlar göz rəngini dəyişdirməyə artan marağını təhlükəli tendensiya kimi dəyərləndirib.

Qazandığı iş təcrübəsinə əsaslanaraq Ulusum.az-a açıqlamasında bildirib ki, insanın doğulduğu göz rəngi onun genetik quruluşuna və üz cizgilərinə görə ən uyğun rəngdir: “İnsanların öz göz rənglərini dəyişdirməsi təbiiliyin pozulmasıdır.

Ən yüngül halda bu, daimi göz quruluğu ilə nəticələnir”, – deyə həkim vurğulayıb.

Dr. Mərdanova əlavə edib ki, göz rənginin dəyişdirilməsi zamanı istifadə olunan boyalar buynuz qişanın arxa səthini zədələyir və göz daxilindəki maye dövranına mane olur.

Ulusum.az xəbər verirki, Bu isə gələcəkdə qlaukoma kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.


Qlaukoma – göz daxili təzyiqin artması ilə müşayiət olunan və müalicə olunmazsa görmə itkisinə səbəb ola bilən təhlükəli xəstəlikdir.

Bu cür prosedurlar nəticəsində gözə dəyən zədələr digər ağır fəsadlara da yol aça bilər.

“Estetik əməliyyatlar sadəcə görüntü naminə aparılır, amma nəticəsi geri dönməz ola bilər”, – deyə oftalmoloq dr. Mərdanova ulusum.az-a xəbər verib.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.