Uşaqlarda böyümə ağrıları necə olur?
Uşaqlarda ən çox rast gəlinən ortopedik şikayətlərdən biri gecə saatlarında meydana çıxan böyümə ağrılarıdır
.Valideynlərin bildirdiyinə görə, bu ağrılar adətən axşamüstü və ya gecə yatarkən, hər iki ayaqda, xüsusilə dizlərin altında və baldırlarda hiss olunur.
Masaj və ya isti kompres tətbiq edildikdə ağrılar yüngülləşə bilir, bu da böyümə ağrılarının tipik əlamətlərindəndir.
Uzm. Dr. Rövşanə Həsənzadə ulusum.az-a açıqlamasında bildirib ki, bu ağrıları digər xəstəliklərdən fərqləndirmək üçün bəzi meyarlar diqqətlə izlənilməlidir. Əgər:
- Ağrılar tək tərəfli olursa,
- Uşaq topallayırsa və ya axsayırsa,
- Ayaqda şiş, qızartı, hərəkət məhdudluğu varsa,
- Gündüz saatlarında da davam edən ağrılar müşahidə edilirsə,
mütləq həkim müayinəsi və əlavə müayinə metodları ilə digər xəstəliklər (infeksiya, revmatizm, sümük xəstəlikləri) istisna edilməlidir.
Fiziki müayinədə patologiya aşkarlanmazsa və yuxarıdakı hallar yoxdursa, bu ağrılar zərərsiz böyümə ağrıları hesab olunur və narahatlığa əsas yoxdur.
Uzm. Dr. Rövşanə Həsənzadə / ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
