Uzman Dr. Rövşanə Həsənzadə izah edir
Körpə uşaqlarda nəcisin rəngləri bir sıra problemlərin göstəricisi ola bilər.
Uzman Dr. Rövşanə Həsənzadə – Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Ulusum.az-a bildirir ki, yeni doğulmuş körpələrdə ilk günlərdə müşahidə olunan qara rəngli nəcis "mekonium" normal sayılır və 2-3 gün ərzində sarıya çevrilməlidir.
Ana südü ilə qidalanan körpələrdə nəcis xardal rəngində və yumşaq, əlavə qida alan körpələrdə isə daha tünd və formalı olur. Gündə 1-dən 8-ə qədər nəcis ifrazı normal hesab edilir.
Həkim qeyd edir ki, nəcisin uzun müddət qara qalması, ağ rəngdə olması və ya qan izlərinin müşahidə olunması hallarında mütləq pediatra müraciət edilməlidir.
Bu əlamətlər bağırsaq pozuntuları və ya qaraciyər problemlərinin göstəricisi ola bilər. Körpənin nəcis rəngi, qoxusu və sıxlığı valideynlər üçün mühüm izləmə göstəricilərindəndir.
Valideynlər bu tip dəyişikliklərə qarşı diqqətli olmalı və gecikmədən mütəxəssisə müraciət etməlidirlər.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
