Nəcisdə qan bağırsaq xərçəngi riski
Nəcisdə qan bağırsaq xərçəngi riskini 8,5 dəfə artırır – Koloproktoloqdan xəbərdarlıq
Koloproktoloq Sondra Kavalukas nəcisdə qan görülməsinin bağırsaq (kolorektal) xərçəngi riskini 8,5 dəfə artırdığını bildirib. “Daily Mirror”a danışan həkim qeyd edib ki, bu simptom istənilən yaşda ciddi qəbul edilməlidir.
Onun sözlərinə görə, təkcə anal nahiyədə ağrı şikayəti kolonoskopiya üçün əsas sayılmaya bilər, amma nəcisdə qan varsa, mütləq araşdırılmalıdır:
“Qan görünürsə, bu, kolorektal xərçəngin güclü göstəricisi ola bilər. Hər dəfə xərçəng demək olmasa da, səbəbi dəqiq müəyyənləşdirmək üçün kolonoskopiya vacibdir”.
Mütəxəssis gənc pasiyentlərə bu müayinənin nadir hallarda təyin edilməsini yanlış yanaşma adlandırıb və simptomlara laqeyd qalmağın ağır nəticələrə yol aça biləcəyini vurğulayıb.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
