Onkoginekoloq Uşaqlıq və Yumurtalıq Xərçəngindən Xəbərdar Edir Qadın Sağlamlığı Təhlükədə
Bu günlərdə ən aktual və xüsusilə xanımları maraqlandıran mövzulardan biri ginekoloji onkopatologiyalardır. Onkopatologiya ümumiyyətlə müxtəlif sahələri əhatə etsə də, qadın reproduktiv sistemi və süd vəziləri bu baxımdan xüsusi önəm daşıyır.
Cərrah-onkoginekoloq Dr. Samirə Səfərova Ulusum.az-a açıqlamasında qeyd edir ki, qadın cinsiyyət sistemi orqanlarının onkopatologiyalarına adətən aşağıdakı nahiyələr daxil edilir:
Xarici cinsiyyət dodaqları, vulva, aralıq nahiyəsi, uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın cismi və yumurtalıqlar. Bu orqanların hər biri fərqli struktur və funksiyaya malik olduğu üçün, həmin nahiyələrdə yaranan xəstəliklər də klinik gedişat, simptomlar və diaqnostik yanaşmalara görə bir-birindən fərqlənir.
Bu sahə çox geniş bir mövzu olmaqla yanaşı, müxtəlif orqan və toxuma lokalizasiyalarına bağlı patologiyaları əhatə edir.
Ən çox rast gəlinən hallara gəldikdə isə, uşaqlıq və uşaqlıq boynu xərçəngi və bu nahiyələrdə baş verən xərçəngönü dəyişikliklər xüsusi yer tutur.
Dr. Səfərova vurğulayır ki, bu patologiyaların vaxtında aşkarlanması və düzgün müayinə-müalicəsi qadın sağlamlığının qorunmasında mühüm rol oynayır.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
