Gəncədə qrip əleyhinə vaksinasiyaya başlanılır
Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, havaların soyuması ilə əlaqədar artan respirator infeksiya risklərinə qarşı Səhiyyə Nazirliyi tərəfindən ölkəyə “Sanofi Pasteur” (Fransa) istehsalı olan təhlükəsiz və keyfiyyətli vaksinlər gətirilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən Gəncədə də qrip əleyhinə vaksinasiya kampaniyasına start verilir.
Vaksinasiya tam ödənişsizdir və dövlət tibb müəssisələrində - poliklinikalarda aparılır. Qrip əleyhinə peyvənd olunması səhiyyə işçiləri, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslər üçün xüsusilə tövsiyə olunur.
Nazirlik əhalini sağlamlıqlarını qorumaq və yoluxma hallarının qarşısını almaq üçün qripə qarşı peyvənd olunmağa çağırır.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
