İnfarkt cavanlaşır: Risk 40 yaşdan başlayır
Müasir həyat tərzi və stress ürək-damar xəstəliklərini daha erkən yaşlara çəkir.
Son illərdə infarkt halları 40–50 yaş arası insanlarda da tez-tez müşahidə olunur. Əvvəllər bu problem əsasən 60 yaşdan yuxarı şəxslərdə rast gəlinirdi.
Səbəblər arasında yüksək qan təzyiqi, damar sərtliyi, xolesterin artımı, artıq çəki, stress, siqaret və genetik meyillik önə çıxır. Maddələr mübadiləsinin zəifləməsi və gündəlik gərginlik ürəyə əlavə yük salır.
ÜST-nin tövsiyələri:
- Sağlam qidalanma
- Fiziki aktivlik
- Zərərli vərdişlərdən uzaq durmaq
- Stressin idarə olunması
- Müntəzəm tibbi müayinələr
Sadə vərdiş dəyişiklikləri ilə infarkt riskini azaltmaq mümkündür.
R.D
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
