"Hər ürəyi olan uça bilməz" – həkimdən sərnişinlərə XƏBƏRDARLIQ
NEWS.ru saytına açıqlamasında terapevt Yelena Pavlova bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə təyyarə ilə səyahət etmək qətiyyən tövsiyə olunmur. Səbəb — uçuş zamanı təzyiqin kəskin dəyişməsi və havadakı oksigen çatışmazlığıdır. Bu amillər xroniki xəstəlikləri olan sərnişinlərin vəziyyətini daha da ağırlaşdıra bilər.
🔻 Xüsusilə risk qrupuna aiddirlər:
Yaxın keçmişdə infarkt keçirmiş şəxslər
Ürək çatışmazlığı olanlar
Yüksək və nəzarətsiz təzyiqi olanlar
Ayaqlarda trombozdan əziyyət çəkənlər
Ağır şəkərli diabet xəstələri
Ağciyər xəstəlikləri ilə yaşayanlar
👩⚕️ Pavlova vurğulayıb ki, sinə və qarın boşluğunda yeni keçirilmiş əməliyyatlardan sonra uçuşlar bir neçə həftəlik yasaq olmalıdır. Eyni zamanda pnevmoniya, pnevmotoraks, dərin damar trombozları və ayaq şişləri də uçuşlar üçün ciddi əks göstərişlərdir.
🦠 İnfeksion xəstəliklər zamanı, məsələn, qrip, COVID-19 və suçiçəyi hallarında da təyyarəyə minmək olmaz — bu, digər sərnişinlər üçün yoluxma riski yaradır.
🤰 Hamilə qadınlara isə yalnız qadın məsləhətxanasından arayışla uçuşlara icazə verilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib