Sağlamlıq sənin ən böyük gücündür – ona sahib çıx
İş, uşaqlar, idman, təhsil, dostlarla görüşlər... Həyatımız elə sürətlə keçir ki, bəzən özümüzü unuduruq. Özünə qulluq isə çox vaxt arxa plana keçir, xüsusən də “indi ağrımır, problem yoxdur” dediyimiz məqamlarda. Amma, əzizim, sağlamlıq gözləmir, o diqqət və qayğı istəyir — indi, bu gün, sabah yox!
Ginekoloji sağlamlıq da elədir. Çox vaxt qadınlar bu mövzuda narahat olmur, çünki problemlər çox vaxt gizli, səssiz gəlir. Qanamalar çox gəlir, aybaşı pozulur, ya da bədən sizə yüngülcə xəbər verir — amma biz adətən buna diqqət yetirmirik. Halbuki, bunlar bəzən ciddi xəstəliklərin, hətta xərçəngin ilkin siqnalları ola bilər.
Düşün, əzizim, bədənimiz bizim ən böyük sərmayəmizdir. Ona qayğı göstərmək, mütəmadi yoxlamalara getmək — sevgidir, özünə hörmətdir. Erkən diaqnoz, vaxtında müalicə həyatını dəyişə bilər, böyük təhlükələrin qarşısını ala bilər.
Unutma, sağlamlıq – həyatın özü deməkdir. Sağlam bədən, sağlam ruh, güclü gələcək üçün ilk addım özünə diqqət etməkdir. Özünü sevmək, özünə vaxt ayırmaqdır.
Bu gün bir az özünü düşün. Ginekoloqa gedin, yoxlayın, qoruyun! Çünki sən dəyərlisən, sən güclüsən və ən önəmlisi – sən sağalmazsan.
Sağlamlığın üçün atacağın hər kiçik addım, sabahın üçün böyük bir hədiyyə olacaq. Özünə bax, özünə hörmət et, sev!
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO