Meteorizm - Səbəb Sadəcə Qida Deyil
Qarın köpü (meteorizm) — demək olar ki, hər bir insanın həyatında ən az bir dəfə qarşılaşdığı narahatedici problemdir. Bu halın yaranma səbəbləri müxtəlif ola bilər, lakin çox zaman əsas səbəb qidalanmadakı yanlış seçimlərlə bağlı olur. “Gazeta.Ru”ya danışan “SM-Klinika”nın həkim-gastroenteroloqu Yevgeniya Zarubina bu barədə ətraflı məlumat verib.
Qarnın köpünə səbəb olan əsas məhsullar:
🔹 Qazlı içkilər – Tərkibindəki karbon qazı bağırsaqlarda toplanaraq köpə səbəb olur.
🔹 Şirniyyatlar – Şəkər, bağırsaqlarda fermentasiya edən bakteriyaların çoxalmasına səbəb olur, bu da qaz yaranmasını artırır.
🔹 Lobya, noxud, mərci və digər paxlalılar – Onlarda olan liflər bağırsaqda bakteriyalar tərəfindən parçalanarkən qaz ifraz olunur.
🔹 Kələm və brokkoli – Tərkibindəki çətin həzm olunan karbohidratlar da eyni effekti yaradır.
🔹 Süd məhsulları – Laktaza çatışmazlığı və ya süd zülalına qarşı həssaslıq olan insanlarda köpə səbəb ola bilər.
🔹 Proteinlə zəngin qidalar – Artıq protein bağırsaqda çürümə proseslərini gücləndirə bilər.
🔹 Saqqız – Sorbit və ksilit kimi şəkər əvəzediciləri bağırsaqlarda fermentasiya yaradır, üstəlik saqqız çeynəyərkən udulan hava da köpü artırır.
Həkim xəbərdarlığı:
Əgər köp davamlıdırsa və düzgün qidalanma və dərmanla keçmirsə, bu zaman həkimə müraciət etmək vacibdir. Xüsusilə, bu əlamətlərlə müşayiət olunursa:
Qarın ağrısı
Qusma, ürəkbulanma
Qəbizlik və ya ishal
Nəcisdə selik və ya qan
Səbəbsiz çəki itkisi
Ailə üzvlərində həzm sistemi ilə bağlı xəstəliklərin olması
➡️ Bu cür hallarda mədə-bağırsaq sistemində ciddi problemlər ola bilər və mütəxəssis yardımı şərtdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!