Növbəti dəfə qarpız yeyəndə toxumları atma

Yay mövsümünün ən çox sevilən meyvələrindən olan qarpız, təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da diqqət çəkir.
Qarpızın 92%-i sudan ibarətdir və isti havalarda bədənin maye ehtiyacını qarşılayaraq həm rahatlıq verir, həm də dərinin nəm balansını qorumağa kömək edir.
Qarpız C və A vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir. Qırmızı rəngini verən antioksidant likopen isə ürək sağlamlığına müsbət təsir göstərir. İçərisində olan kalium isə təzyiqin tarazlanmasına kömək edir. Az kalorili olan qarpız sağlam qidalanma proqramlarında tez-tez istifadə olunur. Lakin təbii şəkər tərkibi səbəbindən, xüsusilə şəkər xəstələri və böyrək xəstələri porsiya nəzarətinə diqqət etməlidirlər.
ÇƏKİRDƏYİN FAYDALARI
Qarpızın faydaları saymaqla bitmir, illərlə ayırıb tulladığımız çəkirdek isə sağlamlıq üçün çox faydalıdır. Qovrulub yeyilən qarpız çəkirdeyi ürəyə çox faydalıdır.
Bundan əlavə, çəkirdek yağ turşuları, maqnezium və proteinlə zəngindir. Eyni zamanda yaddaşı gücləndirir və pis xolesterinin azalmasına kömək edir.
GÖZƏLLİK ÜÇÜN DƏ FAYDALI
Dəri elastikliyini artıran C vitamini və əzələ rahatlatan sitrulin amin turşusu, qarpızın gözəllik və idmandan sonra bərpa proseslərində dəstək rolunu oynayır.
İSTİFADƏ EDƏRKƏN DİQQƏT
Faydaları çox olsa da, qarpızın həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Çox yedikdə şişkinlik, mədə həssaslığı və qan şəkərinin dalğalanmasına səbəb ola bilər. Mütəxəssislər, qarpızın ölçülü və balanslı istehlak olunmasını tövsiyə edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 18:00
Obamanın Rusiyaya qarşı ittihamları saxta imiş?
Dünya
Dünən, 17:00
HƏMAS müharibəyə qayıdır?
Siyasət
Dünən, 16:10
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır
Dünya
Dünən, 15:00
Trampın Rusiya sanksiyaları sadəcə təhdiddir?
Cəmiyyət
Dünən, 13:00
Esmira Məmmədova vəzifəsindən Getdi
Populyar Xəbərlər
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qızıl almaq istəyirsən? Bu XƏBƏR səni sevindirəcək - VİDEO
Yayda Arıqlamaq Asandır: Xiyarla Gözəlliyə Doğru
Fransada “Coker” ləqəbli məhkum çamaşır torbasında həbsxanadan qaçdı
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür