Depresiya ağrının xəbərçisidir? – UCL alimlərindən maraqlı nəticə
İngiltərədəki University College London (UCL) tərəfindən aparılan genişmiqyaslı bir araşdırma, xroniki ağrıların səbəblərinin psixoloji faktorlarla sıx əlaqəli olduğunu ortaya qoyub. 21 il ərzində 50 yaşdan yuxarı 7300-dən çox şəxsin sağlamlıq göstəriciləri analiz edilib. Araşdırma göstərib ki, bel, diz, omba və ayaq kimi bölgələrdə rast gəlinən xroniki ağrılardan illər öncə depresiya və tənha qalma hissləri artır.
Tədqiqatçılar qeyd ediblər ki, depresiya və yalnızlıq hissləri ağrı başlamadan öncə yaranır və zamanla daha da dərinləşir. UCL-dən Dr. Mikaela Bloomberg bu vəziyyətin ruh sağlamlığının fiziki ağrılara olan təsirini konkret şəkildə sübut etdiyini bildirib. O qeyd edib ki, ağrılar yalnız bədənə aid deyil, psixoloji yönləri də nəzərə alınmalıdır. Psixoloji dəstək və sosial müdaxilələrin xroniki ağrıların qarşısını almaqda faydalı ola biləcəyi vurğulanıb.
Həmçinin sosial-iqtisadi durumun da ağrı və psixi sağlamlığa təsir etdiyi qeyd edilib. Gəlir və təhsil səviyyəsi aşağı olan şəxslərdə depresiyanın daha şiddətli yaşandığı və bu vəziyyətin xroniki ağrı riskini artırdığı aşkarlanıb. Araşdırmada, depresiya və yalnızlığın ağrılar başlamazdan təxminən səkkiz il əvvəl artmağa başladığı və ağrı ilə birlikdə zirvəyə çatdığı bildirilib. Ağrı yaşamayan şəxslərdə isə bu psixoloji əlamətlər daha aşağı və sabit səviyyədə qalıb.
Bu nəticələrin təkcə fərdi deyil, ümumi cəmiyyət sağlamlığı siyasətlərinin formalaşmasında da əhəmiyyətli rol oynayacağı vurğulanıb. Avropada hər dörd nəfərdən biri xroniki ağrıdan əziyyət çəkir. Bu səbəbdən psixoloji problemlərə erkən müdaxilə ilə yanaşmağın ağrı riskini azaltmaqda təsirli ola biləcəyi bildirilib. Mütəxəssislər xüsusilə yaşlı və az gəlirli qruplara yönəlik psixoloji dəstək proqramlarının genişləndirilməsini tövsiyə edirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu