Yeni Klinikada alman mütəxəssislərin iştirakı ilə tibbi təlimlərə start verildi
TƏBİB və Yeni Klinika ilə Almaniyanın tanınmış səhiyyə idarəetmə qurumları olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Yeni Klinikada tibbi personal üçün təlimlərə start verilib.

Təlimlərin ilk mərhələsində 12 həkim və 60 tibb bacısı “xəstəyə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi” modulu üzrə təlimlərdə iştirak edib. Almaniyadan dəvət olunan yüksək ixtisaslı mütəxəssislər – “Sana” klinikasının Tibb bacısı akademiyasının direktoru Jörg Noll, terapiya və xidmət komandalarının üzvləri Reinhold Angerer, İndat Tas və Marie Beinert tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub.

Sessiyalarda “pasiyent yolu”na dair müxtəlif mərhələlər – poliklinik müayinə, planlı cərrahi və konservativ müalicə, təcili qəbul və sonrakı mərhələlər üzrə müasir yanaşmalar tədris olunub. Təlimlərdən öncə TƏBİB və “Sana”nın nümayəndələri klinikanın iş prinsiplərini analiz edərək, təlim ehtiyaclarına uyğun xüsusi proqram hazırlayıblar.

Bu təlimlər ölkəmizdə tibbi xidmət keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama