Bu gün, 13:00 0 Mətbəx

Şirniyyata olan həvəsi azaldan QİDALAR

Şirniyyata olan həvəsi azaldan QİDALAR
Vanderbilt Universitetinin Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, gündəlik çərəz qəbulu gənc yetkinlərdə şirniyyata olan tələbatı azaldır və metabolik sindrom riski daşıyan insanlarda qidalanma keyfiyyətini yaxşılaşdırır.

Ulusum.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Araşdırmada 22-36 yaş arası, artıq çəkisi olan və metabolik sindrom risk faktorlarından ən az biri müşahidə edilən 84 nəfər iştirak edib. Metabolik sindrom yüksək qan təzyiqi, qarın piylənməsi, lipid profilində pozuntu və insulinə həssaslığın azalması ilə xarakterizə olunan vəziyyətdir.

İştirakçılar 16 həftəlik sınaq müddətində iki qrupa bölünüb. Birinci qrupa ara-sıra qida kimi müxtəlif çərəzlər (badam, qoz, fıstıq, pikan, keşyu və s.) qəbul etmək tapşırılıb. İkinci qrup isə adi karbohidrat əsaslı qəlyanaltılar peçenye, kraker, şokolad batonları və digər oxşar məhsullar yeyib. Hər iki qrupun qəlyanaltılarının kalori dəyəri eyni olub.

Nəticələr göstərib ki, çərəz qəbul edən qrupda şirniyyata və fastfuda qarşı kəskin istək əhəmiyyətli dərəcədə azalib. Bu dəyişikliklər həmçinin şirniyyat və duzlu qəlyanaltıların istehlakının azalması, eləcə də zülal tərkibli qidaların payının artması ilə müşayiət olunub. Karbohidrat əsaslı qəlyanaltılar yeyən nəzarət qrupunda isə qida seçimlərində nəzərəçarpan dəyişiklik qeydə alınmayıb, hətta meyvə istehlakı bir qədər aşağı düşüb.

Tədqiqatçılar bildirirlər ki, qidalanmada aparılan kiçik bir dəyişiklik, qəlyanaltı kimi çərəz seçmək metabolik riskin ilkin əlamətlərini daşıyan insanlarda qida davranışını yaxşılaşdırmağa və yüksək kalorili “zövq üçün yeməklərin” istehlakını azaltmağa kömək edə bilər.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.