Bu gün, 10:38 0 Cəmiyyət / Gündəm

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib VİDEO

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib VİDEO
Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror planı ifşa edildi – 3 nəfər həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhərində yerləşən xarici ölkənin səfirliyinə qarşı terror hücumu planlaşdıran üç nəfər saxlanılıb.

Bu barədə ulusum-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən məlumat verilib.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü İlqar Quliyev, 2005-ci il təvəllüdlü Amin Piriyev və 2005-ci il təvəllüdlü Elvin Əlizadə dini düşmənçilik zəminində terror aktı törətməyə hazırlaşıblar. Onların İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə əlaqədə olduqları müəyyən edilib.

Bildirilir ki, şübhəlilər qabaqcadan əlbir olan bir qrup şəxs halında səfirliyə qarşı terror hücumu həyata keçirmək üçün silah qismində istifadə edilən predmetlər əldə edərək səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib VİDEO



Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.