Senegalin Birinci Xanımı Türk Mətbəxində
Senegal Prezidenti Bassirou Diomaye Fayenin həyat yoldaşı Mari Xon Faye Dakar şəhərində qadın səfirlərlə birlikdə Kayseri yağlaması hazırlayıb. Bu tədbir Türk Mətbəxi Həftəsi çərçivəsində Türkiyənin Dakar Səfirliyi və Dakar Yunus Əmrə İnstitutunun (YEE) birgə təşkilatçılığı ilə keçirilib.
Səfirlikdə təşkil olunan kulinariya seminarında Mari Xon Faye, Türkiyənin Dakar səfiri Nur Sağman, Dakar YEE koordinatoru Merve Işık Efe və qadın səfirlər tanınmış aşpaz Yunus Əmrə Akkorun rəhbərliyi ilə xəmir yoğurub, Kayseri yağlaması bişiriblər. Seminarın ardınca Faye şərəfinə təşkil olunan Türk mətbəxinə məxsus yeməklərdən ibarət ziyafət süfrəsi açılıb.
Axşam yeməyində qadın səfirlərlə yanaşı, səfirlikdə çalışan qadın əməkdaşlar da iştirak ediblər. Səfir Nur Sağman Faye-ni qəbul etməkdən şərəf duyduqlarını bildirib və Türk Mətbəxi Həftəsi çərçivəsində təşkil edilən tədbirlərə görə aşpaz Akkora təşəkkür edib.
Yemək sonunda səfir Sağman, Faye-yə türk fotojurnalist Cəm Özdelin çəkdiyi bir fotoşəkili hədiyyə edib.
Yeməkdən öncə çıxış edən səfir Sağman qeyd edib ki, gastronomiyanın birləşdirici gücü var və Türk mədəniyyətində yemək yalnız qida qəbul etmək deyil, eyni zamanda ünsiyyət qurmaq və paylaşmaq anlamı daşıyır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 17:35
ŞƏKƏRBURA RESEPTİ – Addım-addım Hazırlanması Video
Sağlamlıq
Bu gün, 09:30
Bazarda satılan “qara çörək”lərin sirri açıldı
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu
Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?