Ağrı hisslərini artıran gözlənilməz faktor üzə çıxıb

Yapon alimləri ağrı hissinin böyük ölçüdə gözlənilməzliyin dərəcəsindən asılı olduğunu aşkar ediblər. Tədqiqat "Cognition" elmi jurnalında dərc olunub.
Eksperimentdə iştirakçılara ağrılı istilik stimulları tətbiq edilib. Eyni zamanda, könüllülərə virtual reallıqda vizual görüntülər göstərilib. Nəticələr göstərib ki, ağrının intensivliyi gözləntilərlə reallığın uyğun gəlmədiyi zaman əhəmiyyətli dərəcədə artıb. Bu, gözlənilməzlik hipotezini təsdiq edir ki, beyinə ağrı, proqnozla reallıq arasındakı fərq kimi təqdim olunur.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, ağrı ilə bağlı qeyri-müəyyənlik və narahatlıq ağrını daha da gücləndirə bilər. Bu, xroniki ağrıdan əziyyət çəkən insanlar üçün xüsusilə aktualdır, çünki gözlənti ilə reallıq arasındakı uçurum əlavə əzabların qaynağı olur.
Alimlər hesab edirlər ki, bu uçurumu azaltmaq yeni müalicə metodlarının açarı ola bilər. Ağrının qavrayış mexanizmlərinin anlaşılması, xəstələrin travmalar və xroniki vəziyyətlərdən daha sürətli sağalmasına kömək edəcək terapiyaların hazırlanması üçün perspektivlər açır.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 09:30
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Sağlamlıq
Dünən, 21:00
Düşüncələrin sehri bir fincanda gizlənib
Sağlamlıq
Dünən, 19:30
Kolon xərçənginə qarşı yaşıl qalxan
Sağlamlıq
Dünən, 19:00
Baş ağrılarının gizli səbəbi?...
Hadisə
Dünən, 17:45
Rəqsanənin həyat yoldaşına cinayət işi açıldı
Dünya
Dünən, 16:30
Suriya və İsrail danışıqlarda irəliləyiş əldə etdi
Dünya
Dünən, 16:00
Şimali və Cənubi Koreya sərhədində növbəti insident
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar