İnsulin tənzimlənməsini yaxşılaşdırmağın yeni üsulu tapıldı

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, diabet xəstələrinin insulin istehsal edən mədəaltı vəzi beta-hüceyrələrində anormal mitoxondrilər mövcuddur. ISRIB adlı preparat bu zədələri aradan qaldıraraq insulin sekresiyasını normallaşdırır və qan şəkərini azaldır. Araşdırmanın nəticələri Science jurnalında dərc olunub.
Mitoxondrilər hüceyrələri enerji ilə təmin edən və onların normal fəaliyyətini təmin edən strukturlardır. Onların pozulması II tip diabet də daxil olmaqla bir çox xəstəliklə əlaqələndirilir.
Tədqiqatlar göstərib ki, diabet zamanı beta-hüceyrələrdəki anormal mitoxondrilər enerji istehsal edə bilmir. Bu isə kifayət qədər insulin sintez etməyə və ya qan şəkərini normada saxlamağa mane olur. Lakin indiyə qədər bu hüceyrə disfunksiyalarının səbəbi tam aydın deyildi.
ABŞ alimləri müəyyən ediblər ki, beta-hüceyrələrin mitoxondriya funksiyalarını pozan əsas amil xüsusi stres reaksiyasıdır. Eyni eksperiment qaraciyər və piy toxuması hüceyrələrində də aparılıb və bu reaksiyanın yalnız endokrin sistemin deyil, digər hüceyrələrin inkişafına da mane olduğu aşkarlanıb.
Eksperimental müalicə çərçivəsində alimlər ISRIB adlı preparatdan istifadə ediblər. Bu dərman stres reaksiyasını bloklayaraq beta-hüceyrələrin funksiyasını bərpa edib və dörd həftə ərzində qan şəkərini normallaşdırıb.
Hazırda tədqiqatçılar hüceyrə proseslərini daha dərindən araşdırır və nəticələri diabet xəstələrinin hüceyrə nümunələri üzərində təkrarlamağa hazırlaşırlar. Onlar gələcəkdə bu üsulun diabetin müalicəsində tətbiq oluna biləcəyinə ümid edirlər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət / Şou-biznes / Dünya
Bu gün, 10:18
Qadın Zorakılığından Ayıqlığa: Lulunun Həyat Dərsi
Cəmiyyət / Texnologiya
Bu gün, 10:05
Süni İntellekt Məlumat Mərkəzlərinin Enerji və Su İstifadəsi Artan Narahatlıqlara Yol Açır
Populyar Xəbərlər
Kəmalə Rəcəbovanın mətbəxindən – Duzlu Balıq Dolması Ərzaqlar
Aysun və Ülvidən yeni duet: “Üzgun” – duyğusal ifa dinləyicilərlə görüşdü
Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib
Uzman Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!
Loqoped Jalə Bənnayeva: “Səs pozuntusu logopedin daha yaxın dostudur”
Yeni Rubrikamız Başlayır!