45 illik terapevtdən etiraf: Xəyanətin səbəbi münasibətlərdəki o hiss imiş!

Münasibətlərdə xəyanət, bir çox insan üçün ən dağıdıcı hadisələrdən biridir. Buna baxmayaraq, statistikaya görə evli kişilərin təxminən 25%-i, qadınların isə 15%-i həyatlarının bir dövründə partnyorunu aldadıb. Böyük Britaniyada yerləşən “YouGov” şirkətinin sorğularına əsasən isə hər beş nəfərdən biri həyatında ən azı bir dəfə xəyanət etdiyini etiraf edir.
Son illərdə yaranan “mikro xəyanət” və ya “səssiz xəyanət” kimi anlayışlar isə xəyanətin yalnız fiziki münasibətlərlə məhdudlaşmadığını göstərir. Hətta bəzi araşdırmalara görə, insanların işlədiyi sahə belə onların xəyanətə meylliliyinə təsir edə bilər.
İnsanlar niyə xəyanət edir?
45 illik təcrübəyə sahib tanınmış münasibət terapevti Esther Perel "The Times" qəzetinə verdiyi müsahibədə xəyanətin əsas səbəbinin münasibətlərdə yaranan "durğunluq" hissi olduğunu deyib.
Perelin fikrincə, münasibətin başlanğıcındakı həyəcan və ehtiras zamanla yox olur və yerini monotonluğa verir. Bu durğunluq da insanları yeni həyəcanı başqa yerdə axtarmağa sövq edir.
“Həyəcan azala bilər, amma maraq qorunmalıdır”
Perel bildirir ki, münasibətlərin əvvəlindəki romantik görüşlər gündəlik həyatın rutinlərinə çevrildikdə çoxları üçün əvvəlki həyəcan itə bilər. Ancaq bu, münasibətin sonu demək deyil. Onun fikrincə, cütlüklər bu durğunluğu aşmaq üçün bir-birlərinə qarşı daim maraq hissini diri saxlamalıdır:
“Maraqlanmaq və kəşf etmək lazımdır. Bu, partnyorunuzu sandığınız qədər tanımadığınız fikrinə açıq olmaq deməkdir.”
Sadə fəaliyyətlər münasibətə yeni nəfəs gətirə bilər
Esther Perelə görə, münasibətdəki həyəcanı yenidən qaytarmaq mütləq cinsəlliklə əlaqəli olmamalıdır. Birlikdə yeni hobbilər tapmaq, maraqlı hekayələr paylaşmaq, yeni yeməklər dadmaq kimi sadə fəaliyyətlər belə münasibətə hərəkət gətirə bilər:
“Qoyun partnyorunuz sizi – həm də özünü – yeni bir baxış bucağından görə bilsin.”
Mütəxəssislər hesab edir ki, münasibətlərdə maraq və yenilik hissi qorunarsa, xəyanət riski ciddi şəkildə azalır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Kriminal
Bu gün, 17:27
Azərbaycan sərhədində 62 kq narkotik ələ keçirildi
Maraqlı
Bu gün, 14:00
Uğursuzluqlar – gələcək uğurun açarıdır
Sağlamlıq
Bu gün, 13:30
Mikroplastiklər yeməyimizə necə düşür?
Dünya
Bu gün, 12:30
Tramp qlobal müharibə ssenarisini inkar etdi
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində