Ali Məhkəmədə nasist arxivi tapıldı – 1941-ci ildən qalan sirlər üzə çıxdı

Argentinanın Ali Məhkəməsi əməkdaşları binada təmir işlərinə hazırlıq zamanı təsadüfən 1941-ci ilə aid nasist təbliğat materialları və sənədlərlə dolu arxiv aşkar ediblər. Bu barədə “La Nación” nəşri məlumat yayıb.
Köçmə hazırlıqları zamanı işçilər Yaponiyanın Almaniyadakı səfirliyindən göndərilmiş bir neçə qutu tapıblar. Onların içərisində Üçüncü Reyxin təbliğat materialları, pasportlar və digər sənədlər olub.
Ali Məhkəmənin hakimi Orasio Rosatti tapıntı ilə bağlı ekspertiza aparılmasına göstəriş verib. Bu sənədlər Holokost cinayətlərinə və nasistlərin maliyyə əməliyyatlarına işıq tuta bilər.
Məlum olub ki, bu yük 1941-ci ilin 20 iyununda alman səfirliyinin əməkdaşlarının şəxsi əşyaları adı ilə Argentinaya çatdırılıb. Lakin gömrükdə yoxlamadan keçərkən qutular saxlanılıb və içindəki qadağan olunmuş materiallar aşkarlandıqdan sonra yerli məhkəmə qutuları geri göndərməkdən imtina edib, işi Ali Məhkəməyə ötürüb.
Qeyd edək ki, Argentina İkinci Dünya Müharibəsi zamanı neytrallığını qoruyub, lakin 1945-ci ildən sonra bir çox nasist cinayətkarı üçün sığınacaq olub. Tapılmış arxiv isə daha erkən dövrə aiddir və nasist təbliğatının Cənubi Amerikadakı izlərini araşdırmaq üçün mühüm mənbə sayıla bilər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:00
Azərbaycan SOCEA-ya sədrlik edəcək - FOTO
Dünya
Bu gün, 09:00
ABŞ prezidenti İsrailin Qətər əməliyyatına etiraz etdi
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə