Status artıq parıltıda deyil – zənginlərin yeni "modası"...

NEWS.ru-ya danışan Dövlət Maarif Universitetinin əmək psixologiyası və psixoloji məsləhət kafedrasının dosenti Yekaterina Bulqakovanın sözlərinə görə, varlı insanlar bəzən təhlükəsizlik və ictimai normalara uyğun yaşamaq üçün sadə həyat tərzini seçirlər. Onun fikrincə, belə davranışların arxasında əksər hallarda ikiüzlülük deyil, psixoloji müdafiə mexanizmləri dayanır.
Bulqakova izah edir ki, varlı şəxslərin sadə görünməyə çalışması – köhnə cins şalvarda gəzib, sadə həyat tərzi nümayiş etdirməsi – onların cəmiyyətə uyğunlaşmaq, "özlərindən biri" kimi görünmək, habelə neqativ reaksiyalardan və sosial şəbəkə tənqidlərindən qorunmaq istəyi ilə bağlıdır. Çünki zənginlik simvolları istənməyən diqqətə səbəb ola bilər.
O vurğulayıb ki, bəzi hallarda bu davranışın arxasında uşaqlıqda öyrənilmiş “pul – pisdir” və ya “öyünmək ayıbdır” kimi inanclar dayanır. Bu da insanlarda varlanandan sonra daxili konfliktlərə və günahkarlıq hissinə səbəb olur. Nəticədə, öz var-dövlətini gizlətmək, asketik həyat sürmək ehtiyacı yaranır.
Bundan əlavə, psixoloqun fikrincə, bu gün minimalizm, ekoloji düşüncə və "şüurlu həyat tərzi" müasir, intellektual statusun göstəricisinə çevrilib. Bahalı, lakin gözdən uzaq geyim və sadəlik isə artıq var-dövlətə deyil, mənəvi dəyərlərə üstünlük verməyin bir göstəricisidir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə