1800 il sonra sirr açıldı: Qədim döyüşçülər şirlərin qarşısına atılıbmış... - FOTO

Britaniyada arxeoloqlar qədim döyüşçülərin – yəni gladiatorların şirlər (aslanlarla) vuruşduğu ehtimalını təsdiqləyiblər. Bu barədə The Guardian yazır.
Bu hipotez hələ 20 il əvvəl irəli sürülmüşdü. Həmin vaxt York şəhərinin mərkəzinə yaxın ərazidə aparılan qazıntılarda təxminən 80 başsız skelet tapılmışdı. Onların çoxu gənc, güclü bədən quruluşuna malik kişilərə aid idi və skeletlər üzərində amansız zorakılıq izləri görünürdü. Mütəxəssislər bunun gladiatorlara aid bir qəbiristanlıq ola biləcəyindən şübhələnmişdilər.

Bu skeletlərdən birində — 1800 il yaşı olan qalıqlarda — yırtıcı hücumuna xas zədələr aşkarlanıb. Sümüklərdəki deşiklər şir dişlərinin izləri ilə uyğunluq təşkil edir. Alimlər bu qalıqların "bestiarii" – yəni heyvanlarla döyüşən gladiatora aid ola biləcəyini düşünürlər.
Bu fərziyyənin təsdiqlənməsi illərlə davam edən araşdırmalar tələb edib. İrlandiyanın Maynut Universitetindən antropoloq Tim Tompson bildirib ki, bu kəşf ilk dəfə olaraq qədim Roma dövründə gladiatorların şirlər və digər iri vəhşi pişiklərlə arenada döyüşdüyünü fiziki sübutlarla təsdiqləyir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Sağlamlıq
Dünən, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Dünən, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Dünən, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə