Niyə ilk uğursuzluqdan sonra geri çəkilirik və necə yenidən irəliləyə bilərik?

Həyatda hər birimiz böyük hədəflər qoyuruq: yeni bir işə başlamaq, imtahandan yüksək bal toplamaq, bir layihəni uğurla başa çatdırmaq və ya şəxsi inkişafla bağlı dəyişikliklər etmək. Amma çox zaman ilk uğursuzluqdan sonra ruhdan düşürük, ümidsizliyə qapılırıq və geri çəkilirik. Psixologiyada bu hal “Xərçəng effekti” adlanır.
Xərçəng Effekti nədir?
Adı qəribə səslənsə də, bu effektin arxasında çox dərin bir məna yatır. Dəniz xərçəngi (lobster) böyüyəndə qabığını dəyişməlidir. Amma bu proses olduqca ağrılıdır – xərçəng köhnə, sərt qabığını çıxarıb, yeni və zəif bir dəridə bir müddət yaşamalıdır. Bu onu daha həssas və risk altında edir. Lakin bu ağrı və risk olmadan böyümək mümkünsüzdür.
İnsanlar da psixoloji olaraq eyni halı yaşayırlar: dəyişmək, inkişaf etmək, böyümək üçün "rahat zonadan" çıxmalıyıq. Amma çox zaman ilk ağrı, uğursuzluq və ya tənqid bizi qorxudur. Əvvəlcə içimizdə istək böyük olur, planlar qururuq, başlayırıq... və birinci “sərt dalğa” gələndə dayanırıq. Niyə?
Niyə uğursuzluqdan sonra geri çəkilirik?
Tənqid qorxusu – İnsanlar nə deyəcək?
Perfeksionizm – Hər şey mükəmməl alınmayacaqsa, heç başlamayım!
Keçmiş təcrübələr – Əvvəlki uğursuzluqlar bizim inamımızı sarsıdır.
Ətraf təzyiqi – “Dedim axı, sən bacarmazsan!” kimi cümlələr içimizdə səslənir.
Necə davam etməli?
🟢 1. Uğursuzluğu dərs kimi qəbul et.
Əgər yıxılmısansa, bu o demək deyil ki, sənin yolun burda bitdi. Sadəcə o yolun bir çuxuruna düşmüsən.
🟢 2. Duyğularını gizlətmə.
Ağrı hiss edirsənsə – bu normaldır. Özünü pis hiss etdiyinə görə utanma. Bu səninsənsə, dəyər verir deməkdir.
🟢 3. Kiçik addımlarla irəlilə.
Dərhal böyük uğurlar gözləmə. Hər gün 1% irəlilə – ayın sonunda sən artıq 30% dəyişmisən.
🟢 4. Ətrafını dəyiş.
Səni ruhlandıran, dəstək olan insanlarla əhatə ol. “Sən bacararsan!” deyən bir dost bir dərman kimidir.
🟢 5. Özünə sual ver:
“Niyə başladım?” Bu sual səni yenidən xatırladacaq ki, məqsədin uğursuzluqdan daha böyükdür.
Unutma, böyümək ağrılıdır... amma geri qayıtmaq daha ağrılı ola bilər.
İlk uğursuzluq, sənin yolunun sonu deyil. Bu, yolun bir hissəsidir. Xərçəng qabığını dəyişəndə zəifləyir, amma sonra daha da güclü olur. Sən də elə!
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 20:00
Az risk, çox gəlir: qadınların investisiya sirri
Maraqlı
Dünən, 19:00
Psixoloq: Söz-söhbətin yoxluğu təhlükə siqnalıdır
Dünya
Dünən, 18:00
COVID-19 peyvəndləri ABŞ bazarından yox ola bilər
Maraqlı
Dünən, 14:00
Uğursuzluqlar – gələcək uğurun açarıdır
Sağlamlıq
Dünən, 13:30
Mikroplastiklər yeməyimizə necə düşür?
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində