İngiltərədə uşaqlıq transplantasiyası ilə ilk körpə doğulub - Foto

İngiltərədə uğurlu uşaqlıq transplantasiyası əməliyyatı nəticəsində ilk körpə sağlam şəkildə dünyaya gəlib. Bu, həm də İngiltərədə donor bətnindən istifadə edən ilk ana tərəfindən dünyaya gətirilən körpə olub.
Körpənin adı Amy olaraq qoyulub və o, 36 yaşlı Qreys Devidsonun uşaqlıq transplantasiyası nəticəsində dünyaya gəlib. Qreys, Mayer-Rokitanski-Küster-Hauzer (MRKH) sindromu ilə doğulub. Bu nadir xəstəlik, uşaqlıq yolunun olmaması və ya inkişaf etməməsi ilə xarakterizə olunur, amma yumurtalıqlar işləyir və normal hormon funksiyası mövcuddur.
Qreys, 2023-cü ildə bacısından aldığı donor uşaqlığı ilə həyata keçirilən bu transplantasiya əməliyyatından sonra dünyaya körpə gətirmək imkanı qazanıb. Uşaqlıq transplantasiyası, əvvəllər 2019-cu ilin sonunda həyata keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası səbəbindən bir neçə il təxirə salınmışdı. 2023-cü ilin fevralında, 30-dan çox tibb işçisindən ibarət bir komanda, Qreysin bədəninə Aminin uşaqlığını köçürmək üçün təxminən 17 saatlıq mürəkkəb bir əməliyyat keçirib.
Qreys və əri Anqus, uşaqlıq donorunu — Qreysin bacısı Amini — əbədilik xatırlamaq məqsədilə, yeni doğulan qızlarına Aminin adını veriblər. Körpə Emi İzabel Londondakı Queen Charlotte's and Chelsea Xəstəxanasında dünyaya gəlib.
İlk dəfə 2014-cü ildə İsveçdə uşaqlıq transplantasiyası ilə dünyaya gələn körpə, bu sahədəki ilk uğurlu nəticə olmuşdu. O vaxtdan etibarən ABŞ, Çin, Fransa, Almaniya, Hindistan və Türkiyə kimi müxtəlif ölkələrdə 135-ə yaxın uşaqlıq transplantasiyası əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar nəticəsində təxminən 65 körpə sağlam şəkildə dünyaya gəlib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 17:30
Azərbaycanın 6 universiteti dünyanın top 1000 ali məktəbi sırasına daxil oldu
Sağlamlıq
Bu gün, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Bu gün, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Bu gün, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Maraqlı
Bu gün, 15:00
Necə “uyğun” insana çevrilməyək?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə