21-05-2024, 15:03 0 Kriminal

Neftçalada narkokuryer saxlanıldı

Neftçalada narkokuryer saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb.

Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb.

Araşdırmalarla zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
Eltun Məmmədov
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: