8-04-2025, 11:30 0 Kriminal

Şahmat taxtasının qatili 11 yeni qətl etiraf etməyə hazırdır

Şahmat taxtasının qatili 11 yeni qətl etiraf etməyə hazırdır
Aleksandr Yuryeviç Piçuşkin 9 aprel 1974-cü ildə Moskva vilayətinin Mıtişi şəhərində anadan olub.

O, Bitsevski manyakı və şahmat taxtasının qatili kimi tanınır. Piçuşkinin cinayətləri 2001-ci ildən başlayaraq Moskvadakı Bitsevski parkında baş verib.

Qurbanlarını meşəyə dəvət edib, onlara spirtli içki içirdikdən sonra çəkiclə öldürüb. “Bitsevski manyakı” kimi tanınan rusiyalı qatil Aleksandr Piçuşkin ömürlük məhkumlar üçün koloniyada 17 il keçirdikdən sonra üstü açılmamış daha 11 qətl haqqında ifadə verməyə hazır olduğunu bildirib.

“Ulusum.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Öz sözlərinə görə, o, 60 nəfəri öldürdüyünü etiraf edib. Piçuşkin, 64 nəfəri öldürməyi məqsəd qoymuşdu, çünki şahmat taxtasında 64 kvadrat var. Lakin o, istədiyi sayda qətl törədə bilməyib və məqsədinə çata bilməyib. 2007-ci ildə Moskva şəhər məhkəməsi onu 48 qətldə və 3 qətl cəhdində təqsirli bilib.

Oktyabrın 29-da Piçuşkin ömürlük həbs cəzasına məhkum edilib və 2008-ci ildən ömürlük məhkumlar üçün xüsusi rejimli koloniyada cəza çəkir. Piçuşkinin ən çox hədəf aldığı qurbanlar yaşlı kişilər olub, çünki uşaqlıqda sevimli babası ailəsindən üz döndərərək onu tərk etmişdi.

Onun qətlləri uşaqlıqda aldığı travmalar və həyatı qarşı bəslədiyi kinlə əlaqələndirilir. Piçuşkin qətlləri törədərkən hər birini şahmat taxtasında bir xana kimi qeyd etmək istəyirdi. 50 yaşında olan Piçuşkin, artıq daha 11 qətlin üstünü açmaq üçün ifadə verməyə hazır olduğunu bildirib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: