Depressiya və ya Birinci Məktubdan Öncə
Yuxudan qan-tər içində ayılan depressiya ona tərəf addımlamağa başlamışdı. Yaxınlaşdıqca qadının üz ifadəsi dəyişirdi. Az öncə yatağa ölü kimi uzatdığı vücudunu buraxdığı yerdə tapa bilmirdi. Sanki tavandan asdığı ruhunun ayaqları altında tərpənən kətilin aşacağı qədər yol qalmışdı ölməyinə. Barmaqlarının ucu ilə ayağının altındakı döşəməni bərk-bərk tutub saxlamağa çalışırdı sonuncu ümidi. Otağın üstünə aşan divarları altından xarabalığa dönmüş həyatının qalıqlarını axtarıb tapmağa çalışırdı.
Bu uçqundan sevdiklərini sağ-salamat çıxarıb kənara qoya bilmə sevincini yaşayırdı xəyalında. Özü isə yaşamaq uğrunda mübarizə aparırdı. Dağınıq, bir az da qarışıq saçlarını çiyinlərinə töküb gözünün yayılmış sürməsini əlinin arxası ilə silərək üzünə ağ-qara tonlarla sanki o qadının taleyini yazmış depressiya isə bu gecəni yenə onun qoynunda keçirmək istəyirdi. Kimsəyə anlata bilmədiyi ağrıları ürəyinin bir küncündə büküb saxladığı yerdən çıxarıb sinəsi üstə sərdi. Uzaqdan yaxınlaşan o lənət hissə gəlmə demək istəsə də, fikirləri qarışırdı.
Bu qarışıqlıq son günlər məsum gülüşünü də üzündən soyundurmuşdu. Sevincdən çılpaq qalmış baxışlarında səhərlər doğan Günəşə qarşı ölüm soyuqluğu, əvvəllər ona xoş gələn, onu xoşbəxt edən hər şeyə qarşı laqeyd, sönük hisslərlə susurdu artıq. Ətraf onu əsəbi davranışlarla qıcıqlandırırdı sanki. Bütün bunlara rəğmən yuvarlandığı uçurumdan xilas olmaq üçün mucadilə edirdi... Kül rəngindəki duyğularına qatmaq istədiyi başqa çalarlar ilə əlvan rənglərə boyamaq istəyirdi həyatını. Boz rəngi hansı rəng çaları rəngbərəng edə bilər ki?!
Bu rəngə nə qatırdısa qara alınırdı çünki. Bəlkə də rəssam olsaydı bacarardı, nə bilmək olar?! Və bəlkə də həyatının portretini özü çəkərdi, görmək istədiyi kimi. Bütün bunları düşünərək yatağına səpələnmiş qarışıq fikirləri əlinin tərsiylə kənara itələyərək ayağa qalxmaq istədi... Deyəsən bacardı. Yorğun düşmüş sinir sisteminə qalib gəlib taqətdən düşmüş ayaqlarını güclə yataqdan endirib döşəmənin üstünə qoydu. Yaxınlaşmaqda olan lənətə gəlmiş depressiyanın gəlişinə məhəl qoymayaraq vanna otağına tərəf addımladı.
Az keçməmiş, su səsi hönkürtü səsində axaraq vanna otağının divarlarında dünyanın ən kədərli musiqisini ifa etməyə başladı. Bu səs içini boşaltmaqda olan qadının çılpaq çiyinlərini qucaqlayan depressiv halındakı kimsəyə anlada bilmədiyi ağrılarının fəryadı idi. Qəfil telefon zənginə diksinən beynindəki ağırlıq, çiyinlərinə mehr salan depressiv duyğular bir andaca kənar çəkildilər. Sevdiyindən mesaj gəlmisdi. Hə, bir də oğlu yazırdı: “Canım anam, səninçün elə darıxmışam ki".
Səfərli Aysel Xanlar qızı
İxtisasca filoloqdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yanqi Ovoz” Orta Asiya yazarlar birliyinin üzvü, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, Prezident təqaüdçüsüdür, R.Rza mükafatçısı və Turan birliyi medalına layiq görülmüşdür.
5 kitab müəllifidir. Ktabları Təbriz, Almaniya və Türkiyədə işıq üzü görmüşdür.
Vətəndaş Həmrəylik Partiyasının Qadın qolunun rəhbəri, Müstəqil.az saytının redaktorudur.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
18-12-2024, 14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
12-05-2024, 12:49
Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım
8-11-2024, 12:24
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər
14-07-2024, 22:44
(14-17 iyul 1959) Kərkük qətliamı 65 Yaşında Dr. Şəmsəddin KUZƏÇİ Türkmanların varlıq mübarizəsində geniş yer alan, 14
29-12-2024, 15:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 22:00
Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir
Ədəbi sənət
Dünən, 21:00
Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb
Köşə
Dünən, 18:30
Depressiya və ya Birinci Məktubdan Öncə
Dünya
Dünən, 18:00
Donald Tramp Baydenin prezidentliyi dövründəki məhkəmə təqibini "cəhənnəm" adlandırıb
Dünya
Dünən, 17:30
Pentaqon ABŞ-ın cənub sərhədinə hərbçilər, vertolyotlar və kəşfiyyat qüvvələri göndərəcək
Populyar Xəbərlər
Qəhrəmanlıq Yolunda: Birinci Qarabağ müharibəsi Qazisi ilə Söhbət
Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib
Atatürk Mərkəzində "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimatı keçiriləcək
Tramp özünün "memcoin" adlı kriptovalyutasının buraxıldığını elan edib
Lyej məhkəməsi Ursula fon der Leyenə qarşı ittihamları rədd edib
Parfümeriya etiketi: Son zamanlar çox güclü, narahat edici və xoş olmayan qoxulara həssasliq yaranib - ARAŞDİRMA