Bu gün, 11:00 0 İqtisadiyyat

Azərbaycan qazı Suriyanın Homs vilayətinə çatdırıldı

Azərbaycan qazı Suriyanın Homs vilayətinə çatdırıldı
Azərbaycan təbii qazı Türkiyə–Suriya boru kəməri vasitəsilə Suriyanın Homs vilayətinə çatdırılıb.

Anadolu xəbər verir ki, Türkiyə–Suriya qaz kəməri ilə daşınan təbii qaz ölkənin mərkəzində yerləşən Homs vilayətindəki “Cender” qaz elektrik stansiyasına göndərilib.

Növbəti mərhələdə qaz “Cender” stansiyasından paytaxt Dəməşq yaxınlığında yerləşən “Ən-Nəsriya” və “Tişrin” istilik elektrik stansiyalarına ötürüləcək.

Qaz elektrik stansiyalarının kranlarının açılış mərasimində Suriyanın energetika nazirinin müavini Qəyyas Diyab və Homs qubernatoru Əbdürrəhman əl-Ama iştirak edib.

Diyab mediaya açıqlamasında bildirib ki, bu günə qədər Azərbaycan təbii qazı Türkiyə üzərindən “Cender” stansiyasına çatdırılıb.

Keçiricilik gücü sutkada 3,4 milyon kubmetr olan boru kəməri ilə hazırda sutkada 1,4 milyon kubmetr qaz nəql edilir ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.

Nazir müavini vurğulayıb ki, Türkiyə vasitəsilə gələn bu qaz axını, Suriya ilə Türkiyə Respublikasını birləşdirəcək Ərəb qaz kəmərinə qoşulma baxımından strateji addımdır. Bu sayədə Suriya regional ölkələrlə elektrik şəbəkəsi vasitəsilə inteqrasiya olunacaq ki, bu da ölkədə sabitliyi gücləndirəcək.

Diyab əlavə edib ki, qaz bütün istilik elektrik stansiyalarına çatdırıldıqdan sonra ölkədə mövcud elektrik təminatı sutkada 5 saata qədər artırılacaq, yeni razılaşmaya əsasən isə sutkada 6 milyon kubmetr qaz tədarükü ilə ev təsərrüfatlarının elektrik təminatı 8 saata qədər yüksəldiləcək.

Türkiyədən Suriyaya ilk təbii qaz tədarükü avqustun 2-də başlayıb. Azərbaycan qazı Kilis üzərindən Türkiyə və Suriya boru kəməri ilə ötürülüb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: