Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

İyunun 5-də Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası və maliyyə sahəsində görülmüş işlər müzakirə edilib.
Maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət büdcə göstəricilərinə müsbət təsir göstərib. 2024-cü ilin mədaxil hissəsi 37,2 milyard manat təşkil edərək proqnozu 774 milyon manat üstələyib.
Büdcə kəsiri isə proqnozla müqayisədə 2,8 milyard manat və ya 83,5 faiz az olub. Dövlət büdcəsi hesabına bütün əsas dövlət və sosial proqramların, o cümlədən müdafiə, səhiyyə, təhsil və işğaldan azad edilmiş ərazilərin bərpası kimi sahələrin maliyyələşdirilməsi tam təmin edilib. Nazir rəqəmsallaşma və risk əsaslı nəzarət mexanizmlərinin əhəmiyyətini vurğulayaraq müvafiq tapşırıqlar verib.
Səhiyyəyə ayrılan büdcə vəsaiti son beş ildə 2,1 dəfə artaraq 1 milyard 828,8 milyon manata çatıb. Nazirlikdə icra intizamı yüksək səviyyədə olub, Prezidentin fərman və sərəncamlarının icrası 97%-dən yuxarı göstərici ilə qiymətləndirilib.
İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.
My Webpage
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 18:21
Nazir şəxsi heyətin döyüş fəaliyyəti ilə maraqlanıb
Hadisə
Bu gün, 16:05
Bakıda dəhşətli qəza: Mercedes yük maşını “Volkswagen”ə çırpıldı – 3 ölü, 1 yaralı - VİDEO
Cəmiyyət
Bu gün, 13:28
Müəlliməyə qızıl üzük bağışlandı: Tovuz məktəbində araşdırma başlandı - VİDEO
Elan
Bu gün, 13:02
"ƏDV geri al"anlara XƏBƏRDARLIQ
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?