27-05-2025, 14:00 0 İqtisadiyyat

Tramp Media Bitkoin Üçün Hərəkətə Keçdi – 3 Milyardlıq Plan

Tramp Media Bitkoin Üçün Hərəkətə Keçdi – 3 Milyardlıq Plan
Donald Trampın "Truth Social" sosial şəbəkəsinin ana şirkəti Trump Media & Technology Group Corp. (TMTG) kriptovalyutalar, o cümlədən bitkoin almaq üçün 3 milyard dollar cəlb etməyi planlaşdırır. Bu barədə Financial Times məlumat yayıb.

FT yazır ki, TMTG bu vəsaitin 2 milyard dollarını səhm buraxılışı, daha 1 milyardını isə konvertasiya olunan istiqrazların satışı ilə toplamaq niyyətindədir. Mümkündür ki, şirkət bu planı bu həftə Las-Veqasda keçiriləcək kripto-investor tədbirindən əvvəl elan etsin.

Mənbələrə görə, sənəd təklifi investorlar arasında artan maraq səbəbilə son həftələrdə böyüdülüb. Bununla belə, şərtlər və müddət dəyişə bilər.

Şirkət FT-yə verdiyi cavabda bildirib: “Görünür ki, Financial Times-ın axmaq yazarları, onlardan da daha axmaq olan mənbələrə qulaq asırlar” – və əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, TMTG-nin səhmləri bu ilin əvvəlindən bəri 24,6% ucuzlaşıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: