Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək.
Ulusum.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.
Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.
Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük, Şəki şəhər stadionunda çövkən yarışları baş tutacaq.
Stend atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları, üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq proqramlar üzrə yarışlar təşkil olunacaq.
Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə gələcək.
Yarışlardan sonra turnirin açılış mərasimi təşkil olunacaq. Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
R.Daşdəmiroa
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 12:07
Moldovada Parlament Seçkiləri: Maya Sandudan Rusiya Təhlükəsinə Qarşı Xəbərdarlıq
Şou-biznes / Türkiyə
Bu gün, 11:53
Vilma Elles dördüncü dəfə ana oldu – 8 günə əvvəlki formaya qayıtdı!
Dünya / Mədəniyyət
Bu gün, 11:30
Moldova 2025–2035 Mədəniyyət Strategiyasını təsdiqlədi
Gündəm
Bu gün, 11:24
Gəncədə məktəbli şəhidlərin xatirəsini şeirlə yad edib
Populyar Xəbərlər
Kəmalə Rəcəbovanın mətbəxindən – Duzlu Balıq Dolması Ərzaqlar
Aysun və Ülvidən yeni duet: “Üzgun” – duyğusal ifa dinləyicilərlə görüşdü
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Loqoped Jalə Bənnayeva: “Səs pozuntusu logopedin daha yaxın dostudur”
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Uzman Dr. İftixar Qurbanovdan valideynlərə vacib xəbərdarlıq!