Bu gün, 11:30 0 Dünya / Mədəniyyət

Moldova 2025–2035 Mədəniyyət Strategiyasını təsdiqlədi

Moldova 2025–2035 Mədəniyyət Strategiyasını təsdiqlədi
Moldova hökuməti 2025–2035-ci illəri əhatə edən Mədəniyyət və İrs üzrə Milli Strategiyanı təsdiqləyib. Strategiya mədəniyyətin rəqəmsallaşdırılması, yaradıcılığın dəstəklənməsi və mədəni irsin qorunması kimi beş əsas məqsəd üzərində qurulub.

Ulusum.az xəbər verir ki, mədəniyyət naziri Sergiu Prodan sənədin milli kimlik və sosial birliyin gücləndirilməsində strateji rol oynayacağını bildirib.

Strategiyanın müəllifləri hesab edirlər ki, bu sənəd mədəniyyət infrastrukturunun modernləşdirilməsinə və yaradıcı mütəxəssislərin ölkədə saxlanmasına mühüm töhfə verəcək.

Yeni strategiya həmçinin Moldova Respublikasının Avropaya inteqrasiyası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır.
MOLDPRES xəbər verir ki, bu gün hökumət tərəfindən 2025-2035-ci illər üçün Mədəniyyət və İrs üzrə Milli Strategiya təsdiq edilib.

R.Daşdəmirova
Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: