Bakıda məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırılıb

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində gizli şəkildə iki məhbusa telefon ötürən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib.
"Ulusum".az “Qafqazinfo”ya istinadən məlumat verir ki, xidmətin əməkdaşı 1996-cı il təvəllüdlü Niyaməddin Tağıyev Cinayət Məcəlləsinin 308 və 317-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinib.
Həbsxana nəzarətçisinin gizli şəkildə işlədiyi müəssisəyə telefon keçirməsi və orada cəza çəkən məhbuslara verməsi məlum olub.
Bildirilib ki, N.Tağıyev həmin məhbuslardan birini daha əvvəldən tanıyırmış və bu münasibətə görə öz təşəbbüsü ilə cəza çəkən şəxs üçün ciddi nəzarətin olduğu yerə telefon keçirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə işdən çıxarılan həbsxana əməkdaşına 5 min manat cərimə cəzası verilib. Onun 2 il müddətində vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:00
Avropa silkələndi: Əl yükü pulsuz olmalıdır
Dünya
Bu gün, 19:00
İsrail Qəzzada əməliyyatları genişləndirə bilər
Cəmiyyət
Bu gün, 18:20
Bu gecə Bakının bəzi küçələri işıqsız qalacaq
İdman
Bu gün, 18:00
Oveçkin NHL tarixində ən çox qazanan oyunçu oldu
Sağlamlıq
Bu gün, 17:30
"Popkorn" zəhərə çevrildi: Almaniyada satışda olan məhsuldan Kanserojen Maddə Çıxdı
Şou-biznes
Bu gün, 16:30
Hülya Avşar görənlərə “maşallah” dedirtdi
Sağlamlıq
Bu gün, 15:30
Yataq otağındakı 3 gizli təhlükə: Mütəxəssislər xəbərdarlıq etdi, dərhal atın
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi