24-07-2024, 21:40 0 Hadisə

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib.

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib.
İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəsarət alanlar olub. hadisə saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Mitsubishi" markalı minik maşını və "Ford" markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım heyyəti, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Qəza zamanı maşında sıxılı vəziyyət qalan şəxslər çıxarılıb. Hadisə nəticəsində xəsarət alan üç nəfər, İbrahim Xəlil Nizami, Məmmədov Atamoğlan Nazim oğlu, Eyvazov Nofel Fərmayil oğlu İmişli rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Eltun Məmmədov
Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: