Masallıda doğuş zamanı uşaq ölüb

Masallı rayonunun Böyuk Təklə kənd sakini 2007 - ci il təvəllüdlü Səfurə Elvi qızı Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olunmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Faktla bağlı TƏBİB-in məlumatında deyilir:
15.07.2024-cü il tarixində Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı 40 həftəlik dölün ( USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib.
Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, 16.07.2024-cü il tarixində saat 04.00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat / Dünya
Bu gün, 10:00
“Rəqəmlərlə oynayırsınız!” — Tramp zəif məşğulluq göstəricilərinə görə vəzifəli şəxsi qovdu
Sağlamlıq
Dünən, 21:00
“Bananı da yumaq lazımdır!” – Ekspert
Maraqlı
Dünən, 17:00
Yayın istisində bu meyvələrə diqqət yetir
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu